ABŞ-də defolt təhlükəsi: Fövqəladə tədbirlərin görülməsi üçün çağırış edildi
20-01-2023, 15:28
770

ABŞ-də defolt təhlükəsi: Fövqəladə tədbirlərin görülməsi üçün çağırış edildi

ABŞ-də dövlət borcunun ən yüksək həddə çatacağı gözlənilir.
Bu səbəbdən də defoltdan qaçmaq üçün xüsusi tədbirlərin görülməsi ilə bağlı çağırış edilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.
“Maliyyə Nazirliyi hazırda fövqəladə tədbirlər vasitəsilə dövlət borclarını hansı zamana kimi ödəyə biləcəyimizlə bağlı dəqiq qiymətləndirmə apara bilmir. Lakin pul ehtiyatının və fövqəladə tədbirlər üçün resursların iyunun əvvəlinə qədər tükənməsi ehtimalı azdır”, - deyə nazirliyin rəhbəri Canet Yellenin Konqresə ünvanladığı müraciətdə bildirilib.
Administrasiya Konqresə çağırış edib ki, siyasi sövdələşmə olmadan 31,381 trilyon dollara çatan borclanma limitlərini dərhal genişləndirsin və ya dayandırsın.
Fövqəladə tədbirlər dedikdə isə xüsusilə dövlət işçilərinə xidmət göstərən pensiya və sosial fondlara ayırmaların dayandırılması nəzərdə tutulur.
Maliyyə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, defolt ABŞ iqtisadiyyatına və vətəndaşların rifahına bərpaolunmaz zərər vura bilər.
Yellen xatırladıb ki, defolt təhlükəsi tarixdə ilk dəfə olaraq 2011-ci ildə ABŞ-nin suveren kredit reytinqinin enməsinə gətirib çıxarıb.

Mənbə: Strana.news

Oxşar xəbərlər