Tarkanla Reynmenin dueti gözlənilir
20-01-2023, 15:37
871

Tarkanla Reynmenin dueti gözlənilir

Meqastar Tarkan və müğənni-bloger Reynmenin (Yusuf Aktaş) duet oxuyacağı iddia olunub.
Buna səbəb Reynmenin müğənninin işbirliyində olduğu “DMC” şirkətinə transfer edilməsidir.
Ən çox Tarkanla duet oxumaq istədiyini açıqlayan gənc ifaçının yaxın günlərdə bu iş üçün hazırlıqlara başlayacağı da deyilir. Həmçinin instaqramda izlədikləri siyahısını sıfırlayan bloger Tarkanı “follow” etməyə başlayıb.

Oxşar xəbərlər