Dani Alveş saxlanılıb
20-01-2023, 15:50
961

Dani Alveş saxlanılıb

Ötən gün şikayət əsasında saxlanılan Braziliya millisinin və “Barselona” klubunun sabiq üzvü Dani Alveş İspaniyada hakim qarşısına çıxarılıb.
Futbolçu cinsi qısnamada təqsirləndirilir.
Qeyd olunur ki, 39 yaşlı D.Alveş bir neçə gün əvvəl Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini seksual qısnamaya məruz qoyub.
Xatırladaq ki, D.Alveş hazırda Meksikanın “Pumas” klubunun futbolçusudur.
Mənbə: Marca

Oxşar xəbərlər