Binəli Yıldırım 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım etdi
20-01-2023, 15:52
1 006

Binəli Yıldırım 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binəli Yıldırım 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı başsağlığı verib.
Yıldırım bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığına doğru gedən yolda canlarını fəda edən qardaşlarımızı rəhmətlə yad edirəm”, - deyə o, paylaşımında qeyd edib.


 

Oxşar xəbərlər