Cənubi Kipr 'qızıl pasport' tətbiqi çərçivəsində 222 nəfərin pasportunu ləğv etdi
20-01-2023, 17:00
6 496

Cənubi Kipr 'qızıl pasport' tətbiqi çərçivəsində 222 nəfərin pasportunu ləğv etdi

Kipr Rum rəhbərliyi, 'qızıl pasport' müraciəti çərçivəsində 222 adama verilən pasportların ləğv edildiyini bildirdi.

Kipr Rum rəsmisi bildirib ki, hökumət qeyri-qanuni "pasport üçün investisiya” proqramı ilə zədələnmiş reputasiyasını bərpa etmək səyləri çərçivəsində 222 investoru və onların ailə üzvlərini vətəndaşlıqdan çıxarıb.

Hökumət rəsmisi Niovi Parisinou məlumat paylaşıb ki, bu rəqəmə 63 investor və 159 yaxın qohum, o cümlədən həyat yoldaşı, uşaqları və valideynləri daxildir.

Oxşar xəbərlər