Rusiya və Pakistan neft tədarükü ilə bağlı razılığa gəldilər
20-01-2023, 18:54
6 621

Rusiya və Pakistan neft tədarükü ilə bağlı razılığa gəldilər

Rusiya və Pakistan neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılaşmalar əldə ediblər.
Bu barədə Rusiya Federasiyasının energetika nazirinin müavini Sergey Moçalnikov məlumat verib.
Moçalnikovun sözlərinə görə, Pakistan tərəfi “Pakistan axını” layihəsi ilə bağlı bütün suallarını verib və onlara dolğun cavablar alıb. Pakistana qaz tədarükü konsepsiyası da ölkə nümayəndələrinə təqdim olunub.
“Mümkün olan ən qısa müddətdə bu konsepsiyada “Pakistan axını” üçün yer tapılmalıdır”, - deyə rusiyalı nazir müavini əlavə edib.
Mənbə: İzvestiya

Oxşar xəbərlər