Avropa İttifaqı Ukraynaya 50 milyard avro verib
21-01-2023, 15:00
18 175

Avropa İttifaqı Ukraynaya 50 milyard avro verib

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 10 milyard dollar hərbi yardım ayırıb.
Bu barədə təşkilatın baş diplomatı Joseph Borrel məlumat verib.
O bildirib ki, Aİ-nin Ukraynaya verdiyi hərbi, iqtisadi, makro-maliyyə və humanitar yardımların ümumi məbləği 50 milyard avroya yaxınlaşır.
Qeyd edək ki, Avropa Komissiyası 2023-cü ildə Ukraynaya 18 milyard avro güzəştli kredit verəcək. Ukraynaya kreditin ödənilməsi üçün 2033-cü ildən başlayaraq 35 il vaxt veriləcək. 

Oxşar xəbərlər