Cənubi Koreyada əksər qapalı yerlərdə maska tələbi qaldırılacaq
21-01-2023, 10:27
1 062

Cənubi Koreyada əksər qapalı yerlərdə maska tələbi qaldırılacaq

Cənubi Koreyada 30 yanvar tarixindən etibarən əksər qapalı yerlərdə maska ​​taxmaq tələbi qaldırılacaq.
Xəstəxanalar, apteklər və ictimai nəqliyyat vasitələri istisna olmaqla, qapalı yerlərdə yanvar ayının sonundan etibarən maska ​​taxmaq öhdəliyi ləğv ediləcək.
Ölkədə koronavirusa gündəlik yoluxma hallarının və ölümlərin sayı azaldıqdan və peyvəndlənmə nisbəti artdıqdan sonra hökumət COVID-19 tədbirlərini yumşaldıb.
Bu günə qədər koronavirusa 29 milyondan çox yoluxmanın qeydə alındığı Cənubi Koreyada virusdan ölənlərin sayı 33 mini keçib.
Mənbə: Anadolu

Oxşar xəbərlər