Ərdoğan Zelenski ilə danışdı
21-01-2023, 17:48
17 622

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı Rusiya-Ukrayna müharibəsinə dair baş verənlər müzakirə olunub.
Prezident Ərdoğan Ukraynada baş vermiş faciəvi helikopter qəzası ilə bağlı həmkarına başsağlığı verib və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olunmasına güclü diplomatik töhfə verməyə və vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb.

Oxşar xəbərlər