Suriyadakı ABŞ bazasına hücum edildi
21-01-2023, 18:50
17 610

Suriyadakı ABŞ bazasına hücum edildi

ABŞ-ın Suriyadakı Əl-Tanf bölgəsindəki bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Xarici mətbuat xəbər verir ki, hücum edən PUA-lardan dördü ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub, digəri bazaya dəyib.
Hücum zamanı itkilərin olub-olmadığı barədə məlumat verilməyib. PUA-ların kim tərəfindən göndərildiyi açıqlanmayıb.
Qeyd edək ki, Əl-Tanf Suriya, İordaniya və İraq arasındakı sərhəddə yerləşir.

Oxşar xəbərlər