Serbiyada böyük qızıl yatağı tapıldı
21-01-2023, 20:15
17 464

Serbiyada böyük qızıl yatağı tapıldı

Serbiyanın mədən və energetika naziri Dubravka Djedovic-Neqre ölkədə böyük qızıl yatağının tapıldığını açıqlayıb.
Bu barədə Serbiyanın RTS radio və televiziya mərkəzi məlumat yayıb .
Nazirin qeyd etdiyi kimi, yataqlar Jaqubitsa bələdiyyəsində, ilkin ölçüləri 500x250x80 metr olan Çoka Rakita ərazisində aşkar edilib.
İlkin nəticələrə görə, yataq 93%-dən yuxarı saf qızıl konsentratının istehsalına imkan verir.
"Bu kəşf Serbiyada qızıl filizi ehtiyatlarının potensialının əhəmiyyətli dərəcədə artması baxımından vacibdir" deyən Djedovic-Negre, layihənin təhlil mərhələsində olduğunu və əlavə araşdırma tələb etdiyini söyləyib.
Bundan əvvəl LKAB dağ-mədən şirkəti İsveçin Arktika hissəsində ən son texnologiyaların istehsalı üçün zəruri olan nadir torpaq metallarının ən böyük yataqlarının aşkar edildiyini açıqlamışdı .

Oxşar xəbərlər