Çində qar uçqunu - 28 nəfər öldü
21-01-2023, 22:48
17 488

Çində qar uçqunu - 28 nəfər öldü

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında baş verən qar uçqunu nəticəsində 28 nəfər ölüb.
Xarici mətbuat xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb.
Qar uçqunu çərşənbə axşamı axşam Nyinçi şəhəri yaxınlığında baş verib. Xilasedicilərin sözlərinə görə, buna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.

Oxşar xəbərlər