Türkiyədə dəhşət: Polis arvadını küçədə ÖLDÜRDÜ
23-01-2023, 11:40
2 594

Türkiyədə dəhşət: Polis arvadını küçədə ÖLDÜRDÜ

Türkiyənin Kırşehir şəhərində  dəhşətli cinayət hadisəsi baş verib. 
Polis Aslı Yılmazın boşanma prosesində olduğu əri, xüsusi təyinatlı polis Hüseyn Emre Yılmaz tərəfindən küçənin ortasında 10 güllə ilə vurularaq öldürülüb. Emre Yılmaz arvadını öldürdükdən sonra bir neçə dəqiqə gözləyib və daha sonra eyni silahdan özünə atəş açıb.  
Ağır yaralanan polis xəstəxanaya yerləşdirilib.  Məlum olub ki, cütlük 5 yaşlı övladının himayəsində qalmaq üçün dava ediblər. Onlar uşağa qəyyumluq etmək üçün uzun müddət mübahisə edib və daha sonra hadisə baş verib.  Cinayətdən sonra A.Yılmaz dövlət himayəsinə götürülüb.
  • Türkiyədə dəhşət: Polis arvadını küçədə ÖLDÜRDÜ

Oxşar xəbərlər