İranda bir gündə 3 qadın jurnalist həbs edildi
23-01-2023, 12:21
2 544

İranda bir gündə 3 qadın jurnalist həbs edildi

İranda bir neçə aydır davam edən etirazlarda jurnalistlər də həbs edilir. 
İran KİV-ləri xəbər verir ki, son 24 saat ərzində İranda 3 qadın jurnalist həbs olunub. 
Məlumata görə, Melika Haşemi, Səidə Şəfi və Mehrnuş Zarei Hanzaki məhkəmə orqanları tərəfindən tutulub. 
Səidə Şəfi İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyatı tərəfindən həbs edilərək Evin həbsxanasına köçürülüb.
Qeyd edək ki, daha 2 qadın jurnalist Nilufər Həmidi və Elaha Məhəmmədinin həbsindən dörd aydan çox vaxt keçir.
  • İranda bir gündə 3 qadın jurnalist həbs edildi (FOTO)

Oxşar xəbərlər