Baş nazirin müavini buna görə tənqid olundu
23-01-2023, 14:41
7 522

Baş nazirin müavini buna görə tənqid olundu

Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ-a rəsmi səfərdə müşayiət edən müavini Seyci Kiharanın əllərini cibinə qoyması ölkədə müzakirələrə səbəb olub.
Xarici KİV xəbər verir ki, Kiharanın əlləri cibində olan videosu Yaponiyadakı bir çox sosial media istifadəçisi tərəfindən “hörmətsizlik” kimi qiymətləndirilib. Çoxları Kiharanın baş nazirdən daha rahat davranaraq “etiket və diplomatiya qaydalarını pozduğunu” şərh edib.
Lakin ən böyük tənqid isə müavinin anasə tərəfindən gəlib. Belə ki, qadın oğlunun bu hərəkətinə görə ondan utandığını dilə gətirib.  Kihara  isə "YouTube"da verdiyi açıqlamada,  anasının "baş nazir müavini ailəsini biabır etdi" mesajını görəndə çox üzüldüyünü deyib.  
Yapon məmur gəzərkən əllərini cibinə salmaq vərdişini dilə gətirərək, “Həmin anda diqqətimi yalnız danışmağa yönəltmişdim”, - deyə ifadə edib. 
Yaponiya hörmət qaydalarına ən çox diqqət yetirən ölkələr sırasındadır. Dövlət rəsmiləri tez-tez camaat qarşısında baş əyirlər.

Oxşar xəbərlər