"Şeymanı bağışladın, məni də bağışla" - Fenomen Acuna səsləndi
24-01-2023, 11:47
906

"Şeymanı bağışladın, məni də bağışla" - Fenomen Acuna səsləndi

Türkiyəli sosial şəbəkə  fenomeni Bahar Candan Beyaz TV-də yayımlanan "Söylemesem-Söyleme" proqramına qonaq olub. 
Canlı yayımda "Survivor" heyətində olmaq istədiyini deyən Bahar Candan Acun Ilıcalıya səslənib. 
"Gəncliyimdə etdiyim səhvlər ola bilər, Acun məni bağışla, Şeymanı bağışladın, məni də bağışla. Çünki Survivora getmək istəyən sıradan bir məşhuram" deyib. Onun bu açıqlaması aparıcıların diqqətini çəkib. Məlum olub ki, Bahar uzun müddətdir  ki, Acun Ilıcalı ilə küsülüdür. 

Oxşar xəbərlər