Rusiya Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarıldı
24-01-2023, 13:37
1 032

Rusiya Hərbi Hava Qüvvələrinin komandanı işdən çıxarıldı

Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski tutduğu vəzifədən azad edilib. 
Bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında məlumat verilib. 
"Bu qərar Rusiyanın yüksək hərbi rəhbərliyi daxilində davam edən fikir ayrılıqlarından xəbər verir", - məlumatda deyilir. 
Teplinski Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əsas əməliyyat komandirlərindən biri olub və qoşunların Dnepr çayının qərbindən çıxarılmasında iştirak edib.

Oxşar xəbərlər