Əsrin ən yaxşı ifaçısı seçildi
24-01-2023, 13:50
1 052

Əsrin ən yaxşı ifaçısı seçildi

Dünyanın qədim qəzetlərindən biri olan “The Times” 21-ci əsrin ən yaxşı müğənnilərini seçib.
İngilis və amerikalı ifaçıların üstünlük təşkil etdiyi siyahıda qadın sənətçilər xüsusi diqqət çəkib.
İlk yerin sahibi Emi Vaynhaus olub. 2011-ci ildə 27 yaşında dünyasını dəyişən britaniyalı müğənni yeni əsrin ən təsirli səsi olaraq siyahının zirvəsini tutub.
İkinci yerin sahibi Adel, üçüncü yer isə Beyons seçilib.

Oxşar xəbərlər