Məşhur aktrisanın çantasının qiyməti dodaq uçuqlatdı
24-01-2023, 14:46
1 014

Məşhur aktrisanın çantasının qiyməti dodaq uçuqlatdı

İş adamı ilə ailə qurduqdan sonra filmlərə çəkilməkdən imtina edən gözəl aktrisa Yasemin Özilhan bir aralar etdirdiyi estetik əməliyyatlarla gündəmə gəlirdi. 

Görünüşünə əl gəzdirdikdən sonra tanınmaz hala düşən gözəl aktrisa bu günlərdə ad gününü qeyd etmək üçün Mərakeşə səfər edib  və çoxlu sayda şəkillər paylaşıb. Yaseminin səfərindən çox libası, aksessuarları və əlindəki çanta diqqət çəkib.
38 yaşlı aktrisanın eynəyinin qiyməti 165 avro, libasının qiyməti 893 avro, “New Bottega” markasına məxsus çantasıın qiyməti isə 9 000 dollar təşkil edib. 

Oxşar xəbərlər