Tanınmış aktrisanı məhkəməyə verdilər - SƏBƏB
24-01-2023, 17:14
6 769

Tanınmış aktrisanı məhkəməyə verdilər - SƏBƏB

Keçmiş meneceri Başay Okay ilə əməkdaşlıq müqaviləsinə əməl etmədiyi üçün barəsində açılan təzminat davasını uduzan aktrisa Elçin Sangu yenə məhkəməlik olub. 
Bu dəfə evinin təmir işlərinə görə anlaşılmazlıq yaşayan Elçini dekorasiya firması məhkəməyə verib. 
Buna səbəb aktrisanın keçən il villasını bir firma ilə 400 minə yaxın lirəyə təmirə verib, firmaya məbləğin yalnız 228 min lirəsini ödəyib. Qalan pulu ödəmədiyinə görə isə firma onu məhkəməyə verib. Firma sahibi ifadəsində deyib:
“Biz Elçin xanımla sahibi olduğu dörd mərtəbəli evin təmir işləri üçün razılaşdıq. Razılaşmadan sonra tez-tez başqa tələbləri və yeni əmrləri verdiyinə dair sözləşmə imzalamadıq. Bu işlərə haradasa 3 ay vaxt getdi. Bizə 228 min türk lirəsi ödənildi. Pulun digər hissəsi, yəni 172 min lirə ödənilmədi. Məni aldatdılar, dedilər ki, ödəniləcək. Ancaq son dəfə 2022-ci il dekabrın 28-də görüşəndə məndən çek və sənəd istədilər. Mən də onlara 30 min lirə endirim etdim və razılıq müqaviləsi imzalamağı tələb etdilər. İmzaladım. Ertəsi gün pulumu istəyəndə sürücüsü Bilalcan Şakar Elçin xanımın uyğun vaxtının olmadığını və məbləğin qalanını sabah ödəyəcəyini dedi. Fəqət, səhəri gün yenə ödəmədilər. Səbəbini öyrənmək üçün zəng etdim. “Pulu ödəməyəcəyik. Hara şikayət edirsənsə, et”, - dedilər.
Bir müddət gözlədim, görüşərək ödəməli olduqları pulu almağa çalışdım. Sonra məhkəməyə verdim. Deyirlər ki, borcumuz yoxdur. Vəkili olduğu deyilən Mesut Kılıç adlı bir şəxs mənə votsap üzərindən “22 min TL ödəyəcəyik, mövzu bağlansın” yazdı.
Qəbul etmədim. Nə etiraz edirlər, nə də cavab verirlər. Bir çox işçimizin əməyi mənimsənildi. İşçilərə maaş verə bilmirəm. Buna görə İstanbul Anadolu 23-cü Asliye Hüquq Məhkəməsinə müraciət etdim və Elçin xanımı məhkəməyə verdim. Bundan sonra Elçin Sanqu məhkəməyə etiraz edərək, vəkili vasitəsilə borcunun olmadığını irəli sürüb. Ancaq əlimdə faktlar və sübutlar var, onun mənə ödəməli olduğu pul mövcuddur”.
Qeyd edək ki, Elçin Sanqunun sevgilisi Yunus Özdiken jurnalistlərə açıqlamasında “Firmanın evimizə xeyrindən çox ziyanı dəyib. Özləri bizi “mediaya yayacağıq” deyə, təhdid edib. Haqqımızda qoruma qərarı almışıq onsuz da. Manipulyasiya edirlər bizi. Belələrinə etibar etməmək lazımdır. Prinsipli insanlarıq və haqqımızı kiməsə yedizdirmərik. Bundan başqa, bizdə də kiminsə pulu qalmaz”, - deyib.

Oxşar xəbərlər