Yaponiya sahillərində yük gəmisi batıb
25-01-2023, 10:31
788

Yaponiya sahillərində yük gəmisi batıb

Honq-Konqda qeydiyyatdan keçmiş yük gəmisi Yaponiyanın Naqasaki prefekturasındakı Dandzo adaları sahillərində batmaq təhlükəsi ilə üzləşib.
Xarici mətbuat xəbər verir ki, gəminin göyərtəsində 22 nəfər - Çin və Myanma vətəndaşları olub. Onlar yanvarın 24-ü axşam saatlarında fəlakət siqnalı veriblər. 
Hadisə yerinə Sahil Mühafizəsinin patrul katerləri göndərilib. Hazırda xilasetmə əməliyyatı aparılır. Yaxınlıqda olan tankerin ekipajı da könüllü olaraq köməyə gəlib.

Oxşar xəbərlər