Ukrayna ordusu Soledarı TƏRK ETDİ
25-01-2023, 16:37
6 667

Ukrayna ordusu Soledarı TƏRK ETDİ

Ukraynanın müdafiə qüvvələri  Donetsk vilayətinin Soledar şəhərini tərk edərək əvvəllər hazırlanmış xətlərdə möhkəmləniblər.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı bildirib.
O, belə bir qərarın ukraynalı əsgərlərin həyatını qorumaq üçün verildiyini izah edib.
"Şəxsi heyətin həyatını qorumaq üçün Müdafiə Qoşunları Soledardan uzaqlaşaraq hazırlanmış müdafiə xəttində möhkəmləniblər. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm tutublar”, - deyə o qeyd edib.

Oxşar xəbərlər