Tanınmış repçini restorandan QOVDULAR
25-01-2023, 18:04
6 578

Tanınmış repçini restorandan QOVDULAR

Dünya şöhrətli "6ix9ine" ləqəbi ilə tanınan amerikalı repçi Daniel Hernandez əyləndiyi restorandan qovulub.
26 yaşlı ifaçı Mayamidəki restoranların birində dostları ilə birgə yeyib-içib.
Sonra o, icazəsiz barın arxasına keçib və bir şüşə tekilanı birbaşa insanların ağzına tökməyə başlayıb. Bundan başqa, repçi barın masasında rəqs edib.  
Buna görə də Daniel və 20-yə yaxın şəxs restorandan çıxarılıb.

Oxşar xəbərlər