Belarus hərbi aviasiyasını Rusiyaya köçürəcəyini açıqladı
26-01-2023, 12:47
1 617

Belarus hərbi aviasiyasını Rusiyaya köçürəcəyini açıqladı

Rusiya və Belarus qoşunlarının regional qrupuna məxsus aviasiya bölmələri Rusiya aerodromlarına köçürüləcək. 
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin birgə taktiki-uçuş təlimi çərçivəsində Belarus və Rusiya aviasiya birləşmələrinin hava eşelonlarının əməliyyat aerodromlarına, o cümlədən Rusiya ərazisində yerləşən aerodromlara köçürülməsi məsələləri müzakirə olunur", - nazirliyin açıqlamasında bildirilir.
Helikopter ekipajları həmçinin Brestski poliqonunda xüsusi təyinatlı qüvvələrin bölmələrinin paraşüt və paraşütsüz enişini həyata keçirir.

Oxşar xəbərlər