"Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik" - Peskov
26-01-2023, 13:38
1 866

"Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik" - Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin prezident Vladimir Putinlə danışıqlarda “maraqlı olmadığı” barədə bəyanatını şərh edib.
O, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb. 
 Peskovun sözlərinə görə, bu bəyanat cavab tələb etmir.
"Cənab Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik. O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, yerinə yetirmək fikrində deyildi. O, müharibəyə hazırlaşırdı. Onun özü çoxdan prezident Putinin mümkün rəqibi olmaqdan çıxıb”, - Kremlin sözçüsü vurğulayıb.
Bundan əvvəl Britaniyanın "Sky News" nəşrinə müsahibəsində Zelenski Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Putinlə görüşməkdə maraqlı olmadığını bildirib.

Oxşar xəbərlər