"Bu, Qərbin münaqişədə birbaşa iştirakını göstərir" - Kreml
26-01-2023, 18:05
6 831

"Bu, Qərbin münaqişədə birbaşa iştirakını göstərir" - Kreml

Odlu və digər silahların Kiyevə verilməsi Qərbin münaqişədə birbaşa iştirakını göstərir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 
Peskov ABŞ və Almaniyanın Ukraynaya onlarla raket ötürmə qərarlarına cavab verərkən bildirib: "Avropa paytaxtlarında və Vaşinqtonda onlar daim əmin edirlər ki, silahların verilməsi heç də iştirak demək deyil, lakin biz bu yanaşmanın qəti əleyhinəyik. Adıçəkilən paytaxtların hərəkətləri birbaşa iştirakın sübutudur və bu tendensiya get-gedə güclənir.

Oxşar xəbərlər