"Lotu Quli"nin adamı Özbəkistanda saxlanıldı
30-01-2023, 11:14
1 087

"Lotu Quli"nin adamı Özbəkistanda saxlanıldı

Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpol xətti ilə axtarışda olan 43 yaşlı kriminal avtoritet Rafet Əmirovu  (Əlibayramlinski) saxlayıblar. 
Bu barədə "Prime Crime" nəşri məlumat yayıb.
Əmirov 2010-cu ildə Moskvada 32 yaşlı Əli Babayevin qətlində əli olmaqda şübhəli bilinir. Ona qarşı ifadəni yanvarın 4-də Çexiyada saxlanılan şəriki Polad Ömərov verib.
Rafet "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxınlarından olub. O, Türkiyədə qətlə yetirildikdən sonra Əmirov da digər avtoritetlər tərəfindən kriminal aləmdən uzaqlaşdırılıb. 

Oxşar xəbərlər