Suriyada İranın dəstəklədiyi qruplaşmalara hava zərbələri endirilib
30-01-2023, 12:33
1 158

Suriyada İranın dəstəklədiyi qruplaşmalara hava zərbələri endirilib

Suriyanın şərqindəki Deyr əz-Zorda mənsubiyyəti naməlum PUA-lar tərəfindən İranın dəstəklədiyi qruplara qarşı hava hücumu təşkil edilib. 

Deyr əz-Zorun şərqindəki Elbukemal qəsəbəsi yaxınlığında mənşəyi məlum olmayan PUA-lar İranın dəstəklədiyi xarici qrupların logistika karvanına hücum edib. İraqdan Suriyaya daxil olan və Elbukemal rayonunun Herri kəndində hədəf alınan konvoyda bağlı qutularla dolu ən az 4 TIR hücumların hədəfinə çevrilib. Hücumla bağlı ölən və ya yaralananlar barədə məlumat yoxdur. 

Bundan əvvəl İsrail ordusu 2022-ci ilin noyabrında Suriya-İraq sərhədində İranın silah karvanını hədəf aldığını açıqlamışdı. 

Oxşar xəbərlər