Pakistanda məsciddə güclü partlayış - 28 ölü, 150 yaralı (YENİLƏNİB)
30-01-2023, 15:25
808

Pakistanda məsciddə güclü partlayış - 28 ölü, 150 yaralı (YENİLƏNİB)

Pakistanın Xayber-Paxtunxva əyalətində məsciddə günorta namazı zamanı canlı bomba özünü partladıb. 
Xarici KİV xəbər verir ki, terror aktı nəticəsində polis əməkdaşları da daxil olmaqla 28 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
Rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib. Səlahiyyətlilər ölənlərin sayının artmasını istisna etməyib. 
Partlayış nəticəsində ətrafdakı tikililərə və maşınlara, eləcə də məscidə ciddi ziyan dəyib.
Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. 
***14:38
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 25-ə çatıb.
Yaralı sayının isə 120-yə çatdığı qeyd olunub.
***13:57
Xəbər verdiyimiz kimi, Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.
"Reuters" agentliyi xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 
***13:18
Pakistanda məsciddə partlayış baş verib. 
Pişəvər şəhərində qeydə alınan hadisə nəticəsində ən azı 70 nəfər yaralanıb. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi hələlik açıqlanmayıb. 
Nəticədə binanın bir hissəsi uçub, bir neçə nəfər köməksiz vəziyyətdə dağıntılar altında qalıb. 



Oxşar xəbərlər