Farahı Berendən üstün tutdu
30-01-2023, 15:42
937

Farahı Berendən üstün tutdu

“Bihter” filmində rol almağa hazırlaşan Hande Ataizi layihə ilə bağlı açıqlama verib.
Firdevs obrazına həyat verəcək olan aktrisa jurnalistlərin suallarını cavablandırıb:
“Biz serial çəkmirik, film hazırlayırıq. Bəzi yazılarda serial kimi qeyd olunur. Amma yanlışdır. Tamamilə fərqli bir iş alınacaq. Hadisələr 1900-cü illərdə cərəyan edir. Çox detallara girmirəm. Hekayədən fərqli şəkildə bəhs ediləcək”.  

Hande bundan sonra “Sizcə, Beren Saat, yoxsa Farah Zeynep Abdullah Bihter obrazını yaxşı canlandırır” sualına bu sözləri deyib:
“Bir az alma-armud söhbəti oldu. Biri serialdır, digəri film. Mənim aktrisa kimi ən çox bəyəndiyim isə Farah Zeynep Abdullahdır. Hələ yeni tanış olmuşuq, dost deyilik. Fikrimcə, onunla qarşılıqlı oynamaqdan həzz alacam”.

Oxşar xəbərlər