ÜST qlobal fövqəladə vəziyyətin müddətini uzatdı
30-01-2023, 16:42
6 117

ÜST qlobal fövqəladə vəziyyətin müddətini uzatdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 Yanvar Bazar ertəsi günü koronavirus pandemiyasının (COVID-19) qlobal fövqəladə hal kimi statusunun rəsmi olaraq uzadılması barədə qərar qəbul edib.
Bu barədə AP məlumat yayıb.
Eyni zamanda, ÜST-nin İcraiyyə Şurasının illik iclasının açılışında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “şübhə yoxdur ki, biz indi bir il əvvəlkindən daha yaxşı vəziyyətdəyik”, - deyə ifadə  edib. 
Bununla belə, o, son səkkiz həftə ərzində dünyada ən azı 170,000 insanın koronavirusdan öldüyü barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər