İranda bloqer cütlük rəqsə görə həbs edildi
30-01-2023, 16:45
6 129

İranda bloqer cütlük rəqsə görə həbs edildi

Astiaj Həqiqi və Əmir Məhəmməd Əhmədi bloqer cütlüyü Tehranın Azadi meydanında rəqs etdikləri videonu paylaşıblar.
Bu səbəbdən onların hər biri 10 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Hər iki bloqer ötən il noyabrın 1-də mülki geyimli polislər tərəfindən evlərində döyülərək həbs edilib və ETTELAAT (Təhlükəsizlik Nazirliyi) təcridxanasına aparılıb.
Məlumatlara görə, onların ailələri həbs olunduqdan bəri təhlükəsizlik orqanlarının təzyiqi altında susmağa məcbur olub. Gənc cütlük məhkəmədə “pozğunluğa və fahişəliyə təşviq etmək, milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Məhkəmə həbslə yanaşı onların sosial mediadan istifadəsinə və həmçinin ölkədən çıxışlarına 2 il qadağa qoyub. Məlumata görə, gənc qız məhkəmədə qəddarlığı ilə tanınan hakim Salavati tərəfindən hədələnib və alçaldılıb.

 

Oxşar xəbərlər