Azərbaycanlı müğənninin arvadına qarşı qiyam: Oxumayacaq
30-01-2023, 16:47
6 127

Azərbaycanlı müğənninin arvadına qarşı qiyam: Oxumayacaq

Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebko qalmaqalla üzləşib.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, hazırda Almaniyada keçirilən Beynəlxalq Musiqi Festivalında Eyvazov kimi opera müğənnisi olan Annanın iştirakına imkan verilməyib. 
Məlumata görə, buna səbəb həmin festivalda iştirak edən ukraynalı sənətçilər olub. Onlar bildiriblər ki, Netrebko ilə bir səhnəni bölüşməyəcəklər, çünki o, Rusiyanı təmsil edir. 
Bundan sonra 51 yaşlı Anna Netrobko təşkilatçılar tərəfindən festivaldan kənarlaşdırılıb.

Oxşar xəbərlər