Norveç Ukraynaya tankları bu tarixdə verəcək
31-01-2023, 10:23
600

Norveç Ukraynaya tankları bu tarixdə verəcək

Norveç martın sonuna qədər Kiyevə tanklar verəcək.
Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qraham bildirib.
"Norveç "Leopard 2" tankarını ən qısa zamanda, ehtimal ki, martın sonuna qədər Ukraynaya göndərəcək", - deyə nazir qeyd edib.
Norveç keçən həftə Ukrayna silahlı qüvvələrinə tank tədarük edəcəyinə söz verən Avropa ölkələrindən biridir. Ölkənin arsenalında 36 ədəd "Leopard 2" tankı var, lakin Kiyevə nə qədər tank veriləcəyi bəlli deyil.
"Biz hələ sayı müəyyən etməmişik. Yardımın Ukraynaya real dəyəri olması üçün bunu tərəfdaşlarımızla yaxından əlaqələndirməyimiz vacibdir", - deyə nazir bildirib.

Oxşar xəbərlər