Braziliyada futbol komandası qəzaya uğradı - 4 ölü, 28 yaralı
31-01-2023, 11:07
798

Braziliyada futbol komandası qəzaya uğradı - 4 ölü, 28 yaralı

Braziliyada yanvarın 30-da Rio-de-Janeyronun həvəskar futbol komandasının yeniyetmələrini daşıyan avtobus körpüdən aşıb. 
Hadisə nəticəsində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
CNN-in məlumatına görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. 
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı ətraflı məlumat verilməyib. 

Oxşar xəbərlər