"Xiaomi" elektromobilinin yeni görüntüləri sızdırıldı
31-01-2023, 11:51
1 326

"Xiaomi" elektromobilinin yeni görüntüləri sızdırıldı

“Xiaomi” şirkətinin ilk elektrik avtomobili demək olar ki, hazırdır.
“Firstpost” saytı xəbər verir ki, “MS11” adlı avtomobilin təqdimatdan əvvəl şəkilləri internetə sızıb.
Onun dizayn xüsusiyyətləri “BYD Seal”, eləcə də “McLaren 720S”dən götürüb. Həmçinin, avtomobil “Tesla Model 3” və “Model Y” kimi tam uzun şüşə örtüyə və böyük təkərlərə sahibdir.
Qeyd edək ki, şirkət bu avtomobilin lazımı dəyəri görəcəyini və satışda böyük gəlir əldə edəcəyinə inanır.

Oxşar xəbərlər