10 gün əvvəl itən oğlanın meyiti su quyusundan tapıldı
31-01-2023, 12:07
1 450

10 gün əvvəl itən oğlanın meyiti su quyusundan tapıldı

Türkiyədə su quyusundan meyit aşkarlanıb.
Yerli KİV bildirir ki, hadisə İstanbulun Sancaktepe adlanan ərazisində baş verib. Burada tikintisi davam edən binalardan birinin yaxınlığındakı su quyusundan kişi meyiti tapılıb. Polis və prokurorluq əməkdaşlarının araşdırması nəticəsində meyitin 10 gün əvvəl itkin düşən 25 yaşlı Bahadır Ekizə məxsus olduğu müəyyənləşib.
Hadisə yerinə mərhumun ailə üzvləri və nişanlısı da gələrək, göz yaşı töküblər.

Oxşar xəbərlər