Türkiyənin Birləşmiş müxalifəti seçkiqabağı proqramını təqdim edib
31-01-2023, 20:28
7 504

Türkiyənin Birləşmiş müxalifəti seçkiqabağı proqramını təqdim edib

Türkiyənin altı aparıcı müxalifət partiyasını birləşdirən “Milli Alyans” bu gün seçkiqabağı proqramını açıqlayıb.
240 səhifəlik sənədin müəllifləri Türkiyənin daxili siyasi və iqtisadi vəziyyətindən ətraflı bəhs etmiş, xarici siyasətə ayrıca fəsil ayırmışlar.
Rəqiblər xüsusilə qeyd ediblər ki, seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ, Rusiya və Aİ ilə münasibətləri “bərabərlik əsasında” qurmağa hazırlaşırlar. Müxalifət bloku həmçinin Aİ-yə üzvlük prosesini başa çatdırmağa və 2016-cı ildə Brüssellə imzalanmış miqrasiya sazişinə yenidən baxmağa söz verib.
“Birləşmiş müxalifətin növbəti addımı mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədə aydınlıq gətirmək olacaq. Bu qərar altı müxalifət partiyasının liderlərinin fevralın 13-də keçiriləcək növbəti toplantısında açıqlanacaq”, - Türkiyənin ən böyük müxalifət partiyası olan Xalq Cümhuriyyətinin lideri Kamal Kılıçdaroğlu bu gün bildirib.

Oxşar xəbərlər