Saakaşvili reanimasiya şöbəsinə köçürüldü
31-01-2023, 15:55
6 920

Saakaşvili reanimasiya şöbəsinə köçürüldü

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. 
Bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü və keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib.
"Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib. 
Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu vurğulayıb. 

Oxşar xəbərlər