Fransada etirazçılarla polislər arasında toqquşma olub
31-01-2023, 18:04
6 615

Fransada etirazçılarla polislər arasında toqquşma olub

Fransada pensiya yaşının artırılmasına qarşı ikinci ümummilli tətil keçirilir. 
Xaricİ KİV xəbər verir ki, ölkənin qərbindəki Renn şəhərində nümayişçilərlə polis arasında toqquşmalar artıq başlayıb.
Məlumata görə, aksiyada 23 minə yaxın insan iştirak edir. Qeyd olunur ki, "Qara blok" hərəkatının radikalları zibil qutularını yandırır, polis əməkdaşlarına butulkalar atırlar. Polis gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verir.
Fransada polisin məlumatına görə, 1,2 milyon fransızın iştirak edəcəyi 200 etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Oxşar xəbərlər