Bu ölkələr də təmsilçilərini seçdilər
31-01-2023, 18:35
6 553

Bu ölkələr də təmsilçilərini seçdilər

“Avroviziya-2023”ün təmsilçiləri açıqlanmağa davam edir. 
Daha bir neçə ölkəni təmsil edəcək sənətçilər müəyyənləşib. 
Belə ki, Yunanıstandan müsabiqədə Viktor Vernikos “What They Say” mahnısı ilə yarışacaq. Bildirilib ki, Viktor bu mahnını hələ karantin dövründə bəstələyib.

Avstriyanın yayımçı kanalı ÖRF-dən bildirilib ki, ölkəni Teya  Selena təmsil edəcək. Onların mahnıları isə 8 martda bəlli olacaq.
Teya və Selena 2021-ci ildə “Starmania” yarışmasında tanış olub, ondan sonra birgə bir çox mahnı yayımlayıb.

Oxşar xəbərlər