Macarıstanın Kiyevdəki səfiri Ukrayna XİN-ə çağırıldı
1-02-2023, 19:27
7 945

Macarıstanın Kiyevdəki səfiri Ukrayna XİN-ə çağırıldı

Macarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb.
Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb.
Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.

Oxşar xəbərlər