2022-ci ildə Rusiya əhalisi 555 min nəfər azalıb
1-02-2023, 18:46
6 591

2022-ci ildə Rusiya əhalisi 555 min nəfər azalıb

2023-cü il yanvarın 1-nə Rusiyada 146 424 729 nəfər yaşayır, əhalinin sayı bir il ərzində 555 332 nəfər azalıb.  
Bu barədə “Rosstat” məlumat yayıb. 
"Rosstat"ın statistikası Rusiya Federasiyasının dörd yeni regionunun  - Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin məlumatlarını nəzərə almayıb. 
Belə ki, 2022-ci il yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 milyon 980 min 61 nəfər olub. Qurumun məlumatına görə, ölkədə şəhər əhalisi demək olar ki, 109,6 milyon nəfər, kənd əhalisi isə 36,8 milyon nəfərdir.

Oxşar xəbərlər