"Sony"nin prezidenti istefa verdi
2-02-2023, 11:39
1 097

"Sony"nin prezidenti istefa verdi

"Sony"nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verib. 
Bu  barədə Yaponiya şirkəti bəyanat yayıb. Bildirilir ki, "Sony"nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki  aprelin 1-dən "Sony"nin prezidenti vəzifəsinə təyin ediləcək. 
Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.
Qeyd edilib ki, yeni təyinat qərarı ilə "Sony" elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.

Oxşar xəbərlər