Meksikada narkokartellər arasında toqquşma: Ölənlər var
3-02-2023, 10:33
519

Meksikada narkokartellər arasında toqquşma: Ölənlər var

Meksikanın Miçoakan ştatında  narkokartellər arasında toqquşma baş verib.
Xarici KİV xəbər verir ki, saatlarla davam edən qarşıdurma nəticəsində çoxlu sayda insanın öldüyü iddia edilib. Ərazidə 6 yanmış avtomobil tapılıb.
Gücləndirici qrupların gəlməsi ilə təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
Baş vermiş hadisələrlə bağlı Miçoakan ştatının Baş Prokurorluğu araşdırmalara başlayıb.

Oxşar xəbərlər