İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb
4-02-2023, 15:00
18 270

İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı ölüb

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.
Xatırladaq ki, hadisə ötən gün baş verib.

Oxşar xəbərlər