Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
4-02-2023, 18:08
18 259

Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü

Ruandanın mərkəzində qarğıdalı qurutma anbarının uçması nəticəsində 10-dan çox adam ölüb, 30-dan çox insan yaralanıb .
Bu barədə yerli “New Times” qəzeti məlumat yayıb .
Qəzet ölkənin Milli Polisinə istinadən yazır: “Təxminən günorta saatlarında Rusororoda qarğıdalı qurutma anbarı uçub, 11 nəfər ölüb, 30-dan çox adam yaralanıb və onların vəziyyəti ağırdır.
Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Baş nazir Eduard Ngirente həlak olanların ailələrinə başsağlığı verib. Baş nazirin ofisi oxşar hadisələrin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirəcəyini vəd edib.

Oxşar xəbərlər