Notr-Dam kilsəsi gələn il açılacaq
4-02-2023, 11:58
757

Notr-Dam kilsəsi gələn il açılacaq

Fransada güclü yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası davam edir.
France24“ verdiyi məlumata görə, kafedral 2024-cü ilin sonunda öz qapılarını ziyarətçilərin üzünə açmağı planlaşdırır.
- Yenidənqurma sürətlə inkişaf edir, - Fransa Mədəniyyət Nazirliyi əmin edib.
Bildirilib ki, 2023-cü ilin sonuna qədər kafedralın şpilinin (dam – red.) qaytarılması planlaşdırılır. Konstruksiya üçün 500 ton palıd ağacı, örtük və bəzək üçün 250 ton qurğuşun işlənib.
Xatırladaq ki, yanğın 2019-cu ilin aprelində Notr-Dam kilsəsi yanıb. Xilasedicilər yanğınla 14 saatdan çox mübarizə aparıblar. Hadisə nəticəsində kafedralın binasına ciddi ziyan dəyib.

Oxşar xəbərlər