Türkiyədə avtobusu dərəyə aşdı, 30 nəfər yaralandı
5-02-2023, 13:41
8 454

Türkiyədə avtobusu dərəyə aşdı, 30 nəfər yaralandı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb.
Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Oxşar xəbərlər