Ermənistanın XİN rəhbəri Almaniyaya gedir
6-02-2023, 11:03
800

Ermənistanın XİN rəhbəri Almaniyaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-7-də Berlində işgüzar səfərdə olacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb. 
Onun sözlərinə görə, Mirzoyanın Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşü olacaq, bundan sonra nazirlər mətbuat konfransı keçirəcəklər.
Səfər çərçivəsində Ararat Mirzoyanın Almaniyanın qanunvericilik orqanları və ekspert icmasının nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Oxşar xəbərlər